
WhatsApp-da reklam və abunəlik dönəmi başlayır
Meta, WhatsApp-da Reklam və Abunəlik Əsaslı Yeni Dövrə Hazırlaşır
Gündəlik 1,5 milyarddan çox aktiv istifadəçisi olan mesajlaşma platforması WhatsApp, reklam və abunəlik modellərinə əsaslanan yeni bir mərhələyə qədəm qoymağa hazırlaşır. İstifadəçi məxfiliyini əsas götürən bu yeni model çərçivəsində reklamlar yalnız “Yeniləmələr” bölməsində (status/hekayələr sahəsində) göstəriləcək və mesajlaşma hissələrindən ayrı tutulacaq. Bu bölmə, markaların istifadəçilərlə birbaşa əlaqə qura biləcəyi yeni bir platforma kimi təqdim olunur.
Meta, reklam hədəfləmələrini yalnız ölkə, şəhər, dil, izlənilən kanallar və tətbiqdaxili reklam qarşılıqlı təsirləri kimi məxfiliyə yönəlik məlumatlar əsasında həyata keçirəcək. Şəxsi mesajlar, zənglər və qrup söhbətləri əvvəlki kimi ucdan-uca şifrələmə ilə qorunacaq və istifadəçilərin telefon nömrəsi və mesaj məzmunu reklam məqsədilə istifadə olunmayacaq.

Reklamlarla yanaşı, bizneslər və məzmun yaradıcıları üçün kanal önə çıxarma və abunəlik imkanları da eyni “Yeniləmələr” bölməsində təqdim ediləcək. Beləliklə, markalar diqqətçəkən məzmunlar vasitəsilə istifadəçilərlə birbaşa əlaqə qurmaq imkanı əldə edəcək. Meta-nın bu addımı, illik 160 milyard dollardan artıq olan reklam gəlirinə WhatsApp-ın da töhfə verməsini hədəfləyir.
WhatsApp, indiyə qədər markaların ən özəl qaldığı platformalardan biri idi. Bu dəyişiklik sadəcə bir media yerləşdirmə imkanı deyil; eyni zamanda fərdiləşdirilmiş, aşağı maneəli və birbaşa əlaqə qurmaq fürsətidir. Bu da sadiqlik, geri dönüş nisbəti və mikro hədəfləmə baxımından yeni bir mərhələ yaradacaq.
WhatsApp-da göstəriləcək reklamlar, Meta Business Manager üzərindən planlaşdırılan kampaniyalarla inteqrasiya olunaraq işləyəcək. Reklamverənlər coğrafi yer, yaş, cins, dil və cihaz növü kimi demoqrafik hədəfləmə seçimləri ilə yanaşı, maraq sahələri, davranış əsaslı qarşılıqlı əlaqələr və kanal izləmə tarixçəsinə əsasən fərdi seqmentlər də yarada biləcəklər.
Bir cavab yazın