Loqo dizayn
Loqo bir brendin vizual kimliyinin təməlidir. Şirkətinizi, məhsulunuzu və ya xidmətinizi düzgün təmsil edən bir loqo, ilk baxışdan müştərilərdə güvən və maraq oyadır. Loqo dizayn prosesində əvvəlcə sizin brend dəyərlərinizi və hədəf kütlənizi nəzərə alıram. Sonra, rənglər, formalar və üslub üzərində işləyərək, sizə rəqiblərinizdən fərqləndirən xüsusi bir dizayn yaradıram. Peşəkar bacarıqlarımla sizin istəyinizə və bazar tələblərinə uyğun olaraq markanıza loqo hazırlamağa hazıram.
Brandbook
Brandbook, brendin şəxsiyyətini və vizual üslubunu müəyyənləşdirən əsas sənəddir. O, loqonun istifadəsindən rəng palitrasına, şrift seçimlərindən vizual elementlərin tətbiqinə qədər hər bir detala aid qaydaları əhatə edir. Bu sənəd, brendinizin bütün platformalarda vahid və peşəkar görünməsini təmin edir. Mən brendinizin dəyərlərinə və məqsədlərinə uyğun, kreativ və sistematik bir brandbook hazırlayıram. Bu brandbook vasitəsilə əməkdaşlarınız, dizaynerlər və marketinq komandaları brendi daha dəqiq təmsil edə və brendin kimliyinə sadiq qala bilərlər.
Motionların hazırlanması
Motion dizayn, mesajlarınızı daha cəlbedici və dinamik şəkildə təqdim etmək üçün mükəmməl bir vasitədir. İstər sosial media postları, istər reklam çarxları, istərsə də məhsul təqdimatları üçün olsun, hər bir layihəyə kreativ yanaşıram. Brendinizin fərqliliyini vurğulayan və auditoriyanızın diqqətini cəlb edən hərəkətli qrafiklər və animasiyalar hazırlayıram. Peşəkar yanaşmamızla ideyalarınızı gerçəkləşdirir, onları ekranlarda canlandırıram.
Sosial Media Postları
Sosial media brendlərin öz hekayələrini izah etdiyi, auditoriya ilə əlaqə qurduğu ən önəmli platformalardan biridir. Mən, markanızın vizual kimliyinə və mesajlarına uyğun, diqqət çəkən və yadda qalan sosial media postları hazırlayıram. Hər bir dizayn unikal və yaradıcı yanaşma ilə hazırlanır, məzmununuzun izləyicilər tərəfindən daha çox diqqət görməsi üçün xüsusi detallara yer verilir. İzləyicilərinizi cəlb edəcək, brendinizin dəyərini vurğulayacaq postlar üçün mənimlə əlaqə saxlayın!
Qablaşdırma dizaynı
Qablaşdırma məhsulunuzu müştərilərə təqdim edən ilk detallardan biridir. Yadda qalan və vizual cəhətdən cəlbedici bir qablaşdırma, həm satışları artırır, həm də markanızın tanınmasına kömək edir. Mən, məhsulunuzun mahiyyətini və hədəf auditoriyanızın zövqünü əks etdirən yaradıcı və funksional qablaşdırma dizaynları hazırlayıram. Estetik görünüşlə yanaşı, praktikliyi də ön planda tutaraq, brendinizə fərqlilik qazandırıram. Müştərilərinizi ilk baxışdan təsirləndirən qablaşdırmalar üçün doğru seçimdəsiniz!
Çöl və iç reklam işləri
Çöl və iç reklamlar markanızın tanıtımını geniş auditoriyaya çatdırmaq üçün güclü vasitələrdir. Yaradıcı və strateji yanaşma ilə hazırlanmış reklam materialları, müştərilərin diqqətini çəkərək, brendinizin mesajını dəqiq çatdırır. Mən, çöl reklamları (billboard, afişa, banner) və interyer reklamları (stand, vitrin, yönləndirmə materialları) üçün müasir, təsirli və peşəkar dizaynlar hazırlayıram. Məqsədim, reklamlarınızın həm vizual, həm də məzmun baxımından maksimum təsir gücünə sahib olmasıdır. Şəhərin hər yerində markanızı tanıtmaq üçün birlikdə çalışaq!